Yol polisi cəriməsi, evakuator və "cərimə meydançası" xərcləri

Paytaxt sakinlərindən biri milli.az-a müraciət edərək bir məsələyə aydınlıq gətirilməsini xahiş edib: "Mən sürücüyəm və avtomobilim var. Bir dəfə işimlə əlaqədar dövlət qurumlarının birinin yanında avtomobilimi yolun qırağında saxlayıb binaya girdim. Təxminən 1 saatdan sonra qayıdanda gördüm ki, yol polisi maşınımı evakuatorla götüzdürüb "cərimə meydançası"na aparıb və mənə də cərimə yazılıb. Mən avtomobilimi "cərimə meydançası"ndan götürmək üçün həm cəriməni, həm evakuatorun pulunu, həm də "cərimə meydançası"nın haqqını ödəməli oldum. Bilmək istəyirəm, yalnız cəriməni ödəməklə avtomobilmi götürə bilmərəmmi? Evakuator və "cərimə meydançası" pulunu mütləq ödəməliyəm? Məncə, cəriməni ödəyəndən sonra yol polisi avtomobili apardığı kimi eləcə də gətirib mənə qaytarmalıdır".
Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov avtomobil qorunan duracağa aparılan zaman sürücünün hansı hallarda pul ödəməli olduğu, hansı hallarda isə ödəniş etməsinin lazım olmadığını belə izah edib: "Əgər avtomobil "cərimə meydançası" deyilən qorunan duracağa sürücünün özü və ya polis tərəfindən sürülüb aparılıbsa, bu halda evakuator haqqından söhbət gedə bilməz və sürücüdən buna görə 1 qəpik də tələb oluna bilməz. Yox, əgər evakuatorla aparılırsa, evakuatorun xidmət haqqı mütləq ödənilməlidir. Tutaq ki, avtomobili polis aparıb, amma onu öz kefindən aparmayıb. Yol polisi avtomobili qanunun yol verdiyi çərçivədə sürücünün hansısa hüquqi probleminə, qayda pozuntusuna görə aparıb. Ona görə də qanunvericiliyə əsasən, sürücü bunun xərcini ödəməlidir".
Ekspert "cərimə meydançası"na da nə vaxt və nə qədər pul vermək lazım gəldiyini də açıqlayıb: "Avtomobil duracağa qoyulandan sonra orada bir sutkadan artıq dayanarsa, o zaman hər günə görə cəmi 30 qəpik duracaq xərci ödənilməlidir. Bununla bağlı Tarif Şurasının qərarı da var. Burada bir məqamı unutmaq olmaz ki, əgər duracağa gətirilən avtomobil orada, məsələn, 2 saat dayanıbsa, hətta 23 saat da dayanıbsa, sürücü ona görə pul ödəməli deyil. Yalnız 24 saat tamam olandan sonra avtomobilin "cərimə meydançası"nda saxlanmasına görə pul ödənilir. Saxlanma müddəti bir sutkanı keçməyən avtomobilin sürücüsündən buna görə və sutka tamam olduqdan sonra nəzərdə tutulduğundan artıq pul alınmasının özü də qanun pozuntusu və özbaşınalıqdır".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












