Yol qəzalarında ölümə səbəb olan təqsirsiz sürücülərin taleyi

Yol qəzaları təkcə cəmiyyətimizin deyil, ümumiyyətlə, bütün dünyanın ümumi bəlasıdır. Hər il yol qəzaları səbəbindən 1,3 milyon insan dünyasını dəyişir, 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır. Azərbaycanda isə hər il təxminən 3 min 500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il mindən çox insan dünyasını dəyişir, iki minə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır.
Baş verən yol nəqliyyatı qəzalarının çoxu sürücü məsuliyyətsizi səbəbindən baş versə də, elə hadisələr var ki, orada sürücünün heç bir təqsiri olmur. Bəs bu vəziyyətdə, sürücü məsuliyyətə cəlb edilirmi?
“Sürücünün təqsiri olmadan baş vermiş yol nəqliyyat hadisəsinə görə o, məsuliyyətə cəlb edilmir”. Avtosfer.az xəbər verir ki, bu barədə atv.az-a açıqlamasında Vəkilləri kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin “təqsirə görə məsuliyyət” prinsipinə əsasən, yalnız törətdiyi əmələ və onun nəticələrinə görə təqsiri müəyyən edilmiş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər: “Bu prinsip onu deməyə əsas verir ki, sürücünün təqsiri olmadan baş vermiş yol nəqliyyat hadisəsinə görə sürücü məsuliyyətə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin bu hadisə ilə bağlı məsuliyyət nəzərdə tutan maddəsi yalnız yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan sürücülərə şamil edilir. Bu isə o deməkdir ki, cinayət məsuliyyətinin yaranması üçün hadisə yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının sürücü tərəfindən pozulması nəticəsində baş verməlidir. Məsələn, sürücü yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin istismarı qaydasına uyğun şəkildə nəqliyyat vasitəsini idarə etdiyi zaman, onun yoluna qəflətən piyada çıxır. Bu zaman sürücü maşını dayandırmağa çalışsa da alınmır və piyadaya xəsarət yetirir. Belə olan halda sürücü məsuliyyətə cəlb edilə bilməz. Bu misalda sürücü sürət həddini aşsaydı, deməli o, yol hərəkəti haqqında qanunun tələblərini pozmuş olardı və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi zəmin mövcud olardı. Sürücünün texniki cəhətdən hadisənin qarşısını almaq imkanının olub-olmaması müvafiq ekspertiza rəyi ilə müəyyən edilir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












