"Yola ayrılan pullar fantastikdir" - Ekspert yola bərdab yanaşmadan DANIŞDI

Yazarlar 11 Oktyabr 2019 16:24 Oxunub 1554
"Yola ayrılan pullar fantastikdir" - Ekspert yola bərdab yanaşmadan DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mütləqdir ki, iş mövsümü zamanı insanların əsəblərini korlasınlar

“Yol təsərrüfatındakı qəribə yanaşmalardan biri də təmir işlərinin yay aylarında- şəhərdə sıxlıq olmayan bir vaxtda aparılmamasıdır”. Bunu Redaktor.az-a ekspert Elməddin Muradlı yolların hazırkı durumunu şərh edərkən deyib. Onun sözlərinə görə, təmir işləri məhz dərs başlayan zaman, işin pik vaxtında aparılır: “Belə başa düşülür ki, yol təsərüffatı işçiləri də hamı ilə bərabər yayda istirahət edir, payızda, qışda işə başlayırlar. Mütləqdir ki, iş mövsümü zamanı insanların əsəblərini korlasınlar. Yol təsərrüfatı işçiləri kortəbii işlər həyata keçirirlər. Məsələn, Səbail rayonu, “20-ci sahə”də hazırda  yol təmiri gedir. Yolu qazıb, yoğun borunu ərazidən keçirdiblər. Qazılan yerin üstü örtülüb, iki gündən sonra  həmin ərazini yenə qazıblar. Diqqət edəndə məlum olur ki, indi də  başqa bir borunu həmin yerdən keçirdirlər. Bu işin vaxtında həll yolunu tapmaq lazımdır. Bu insanların əsəbləri ilə niyə oynayırsınız ki? Məqsədiniz nədir? Sən “pul yeyəcəksən” deyə, insanlar bu qədər əsəb keçirməlidir? Bəzən rayon icra hakimiyyətləri, bələdiyyələr də yol təsərüffatı ilə məşğul olurlar, yollarda təmir işləri aparırlar. Bu işlər kor-koranə aparılır. Hər rayonun icra başçısı dəyişəndə yol  təsərrüfatı idarəsinə rəhbər öz qohumunu gətirir. O rəhbər də öz kefinə uyğun işlər aparır. Məhəllə yollarını bərbad vəziyyətdə təmir edirlər”.

E. Muradlı hazırda Səbail rayon ərazisində yol təmirinin intizamsiz şəkildə aparılmasını xüsusi vurğulayıb:

“İcra hakimiyyəti rayon ərazisində müəyyən işlər aparır. Yol səthi elə qurulub ki, yol çiyini ilə paralel deyil. Təsəvvür edin, yol çiyni yol səthindən hündürdür. Yağış düşən kimi o torpaq palçıq olacaq. Bu palçıq da birbaşa asfaltın üstünə yayılacaq. Qarşıdan da qış gəlir. Orada nə etmək lazım idi? Yol kənarında mütləq “drenaj” sistemi qurulmalı, su kanalizasiya xətləri yenilənməli idi ki, o yerdən keçən su yolun kənarıyla axsın. Dünyanın inkişaf  etmiş ölkələrində yol təsərrüfatı qurularkən yola düşən yağış sularının kənara axması təmin edilir. Azərbaycanda tərsinədir, kənardakı suyu yola axıdırlar. Bizim yol işlərində ağlamalı tərəflərimiz çoxdur”.

Ekspert qeyd edib ki, yol təsərüffatına nəzarət edən aidiyyatı qurumlar heç vaxt bir-biri ilə əlaqəli işləmirlər:

"Məsələn, AAYDA nə yol polisi, nə də Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb, yolu qazacaqları və ya müəyyən təmir işləri aparacaqları ilə bağlı məlumat vermirlər. Və ya xəbərdarlığa cavab verilməmş görürsən ki, artıq küçə qazılıb. Əlaqəli şəkildə işləmirlər ki, A küçəsi qazılanda, B küçəsində dayanma-durmaya ciddi nəzarət olunsun. Ümid edirəm ki, yaxın illərdə məsələ öz həllini tapacaq. Çünki artıq Prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramını təsdiqləyib. Orada yazılıb ki, yol təsərrüfatı ilə məşğul olanlar sistemli şəkildə işləsinlər”.

E. Muradlı bildirib ki, Azərbaycanda yolların  bir kilometrinə təyin olunan maliyyə vəsaitinə Avropanın ən lüks yollarını qurmaq olar:

"Avropada, dünyanın bir çox ölkələrində elə yollar salırlar ki, asfaltın altından  istilik sistemi qurulur, qar düşəndə buz bağlamır. Asfaltı elə materiladan çəkirlər ki, yağış düşəndə yağış suyu asfaltın üstündə qalmır. Asfaltın kənarlarını çox gözəl bəzəyirlər. Çox gözəl su axıtma infrastrukturu yaradırlar. Biz o yollarla Azərbaycanda qurulan bərbad yolları müqayisə etsək, o yollara ayrılan pullar  bizim yollara xərclənən pullardan aşağıdır. Azərbaycanda yola ayrılan pullar fantastikdir. Bu gün çəkilən asfalt iki-üç ildən sonra mütləq cari təmir işlərinə görə qazılmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh