Yoldakı çuxur avtomobilə ziyan vurub - Sürücü dəymiş zərəri ala bilmir - VİDEO

Bakıda yolda çuxura düşən sürücünün avtomobilinə ciddi ziyan dəyib.
Hadisə paytaxt sakini Təbriz Yusubovun başına gəlib.
Sürücü iddia edir ki, gecə vaxtı yolda çuxurun olması ilə bağlı heç bir xəbərdaredici nişanın olmaması üzündən xərcə düşüb.
Zərəçəkmiş sürücü Təbriz Yusubov Qaradağ Rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edib. Ona bir müddət sonra Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən cavab gəlib ki, sözügedən hadisənin baş verdiyi yol onların balansında deyil. Sürücü bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinə üz tutub.
Sürücü iddia edir ki, avtomobili özü təmir etdirdiyindən ona təxminən 200-250 manat ətrafında zərər dəyib.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, yol təsərrüfatının sürücüyə vurduğu ziyan həmin yola cavabdeh qurum tərəfindən ödənməlidir.
Bəs dəymiş zərər ödənilməsə zərərçəkmiş sürücü nə etməlidir?
Məsələ ilə bağlı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov bildirdi ki, zərərçəkmiş sürücü bu hadisə ilə bağlı məhkəməyə müraciət etsin. Yola cavabdeh qurum müəyyən ediləcək və dəymiş zərər ondan sonra ödəniləcək.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











