Banner

Yollarda heyvanların otarılmasına qadağa: Bölgələrdə bu qaydaya necə nəzarət ediləcək? - AÇIQLAMA

Yazarlar 8 Oktyabr 2024 18:45 Oxunub 756
Yollarda heyvanların otarılmasına qadağa: Bölgələrdə bu qaydaya necə nəzarət ediləcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftə İnzibati Xətalar Məcəslləsinə ediləcək dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi aparılıb. Dəyşikliklərdən biri isə odur ki, avtomobil yollarında mal-qara otaranlar cərimə olunacaqlar. Müzakirə olunan dəyişikliyə əsasən, avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına , avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə görə, fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər min 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Məsələnin yollarda vətəndaşların təhlükəsizliyinin təminatı baxımından aktuallığı nəzərə alınaraq doğru üsul olması danılmazdır. Lakin belə vəziyyətdə xüsusən bölgələrdə yaşayan və heyvandarlıqla məşğul olan şəxslərin hüquqlarının nə qədər təmin olunması ilə bağlı suallar meydana çıxır. Belə ki, əksər rayonlara, eləcə də kənd və qəsəbələrə uznanan asfalt örtüklü yolların kənarlarındakı ərazidə vətəndaşın heyvanlarını otarması üçün gərəkli şərait mövcud deyil. Eləcə də qanun layihəsi hazırlanarkən istisna ediləcək məqamlar ümumiyyətlə qeyd edilməyib.

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, qanun layihəsi qəbul edilərsə, respublika əhəmiyyətli avtomobil yollarına aid edilməsi gözlənilir:

“Belə magistral yollarla mal-qaranın daşınmsı yolverilməzdir. Mal-qara buc ür yollarla yalnız xüsusi nəqliyyat vasitəsilə danışnmalıdır. Digər yolalrda belə məhdudiyyət olmamalıdır. Magistral yollarda isə yeraltı keçidlər var, hansı ki, vətəndaşlar öz mal-qarasını yolun digər tərəfinə ötürmək üçün bu keçidlərdən istifadə edə bilər. Ölkə ərazisindəki ödənişli yollarda təhlükəsizliyi tam təşkil etmək üçün həmin yolların ətrafı çəpərlənib. Bu həmçinin Ələt-Astara yoluna da aiddir. Lakin bəzi vətəndaşlar həmin çəpərləri kəsərək, dağıdaraq mal-qaranı bu yolların təhkim zolağında otarırlar. Mal-qaranın yollardan keçirilməsi xüsusi qaydalar ilə baş tutmalıldır. "Yol Hərəkəti Haqqında" qanunda bu barədə tələblər var. Ölkənin yol təsərrüfatını qorumaq üçün mal-qara xüsusi ayrılmış yerlərdən keçirilməlidir”.

Qurumun sözcüsü həmçinin onu da vurğulayıb ki, belə yollarda başsız qalan heyvanlar yola çıxır və nəticədə ağır yol-nəqliyyat hadisələri baş verir.

Şəhərsalma və arxitektura məsələləri üzrə olan şəxslər bildirir ki, qanun layihəsinin müzakirəsi zamanı əhalinin fikirlərini bilmək üçün əvvəlcə bu istiqamətlərdə nəbzi yoxlamaq, boşluq olan istiqamətləri tənzimləmək və daha sonra dəyişikliklərə getmək daha doğru addım hesab edilir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsində bu cür layihələr əvvəlcə respublika və bölgə əhəmiyyətli avtomobil yollarının analizi aparılmaqla, həmçinin mövcud vəziyyətin dəyərləndirilməsi işləri yekunlaşdırılır. Daha sonra əgər vətəndaşlara heyvanlarını otarmaq üçün şərait yaradılmırsa, bu vəziyyət tam təmin edilir. Daha sonra qəbul edilən qanuna riayət edilmirsə, cərimə tətbiq edilir.

Qeyd edək ki, layihə oktyabr ayının 4-ü müzakirəyə çıxarılıb və yaxın müddətdə qəbul ediləcəyi gözlənilir.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh