Reklam

Yollardan başlayır... - Dövlət Böyük Qayıdışı ən yüksək səviyyədə reallaşdıracaq

Yazarlar 16 Mart 2022 13:13 Oxunub 870
Yollardan başlayır...  - Dövlət Böyük Qayıdışı ən yüksək səviyyədə reallaşdıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş redaktor deyib ki, qayıdış prosesində bölgə əhalisinin fikrinin, mövqeyinin öyrənilməsi önəmli və təqdirəlayiqdir
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etməkdədir. Quruculuq prosesinə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də cəlb olunub. Bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur. Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Zəngilanda, Laçın və Kəlbəcərdə də beynəlxalq hava limanları inşa ediləcək. Azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr də icra olunur. Dövlət tərəfindən yol infrastrukturu qurulur. Qurumlar, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar.
 
 İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir. Darmadağın edilmiş, viran olunmuş, yandırılmış torpaqlarda yenidən məskunlaşma və qayıdış qarşısındayıq. İşğaldan azad edilmiş ərazilərimizdə ötən bir il ərsində çox mühüm işlər həyata keçirilib. Çoxsaylı infrastruktur layihələri icra olunub, körpülər, yollar, stansiyalar tikilib, yaşayış massivləri salınıb, hava limanları inşa edilib. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Azərbaycan Prezidenti İlham Əliyev bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacağını bildirib. Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur. 
 
Dövlət tərəfindən yol infrastrukturu qurulur, dövlət qurumları, ilk növbədə kommunal xidmət göstərən qurumların yerli bölmələri öz sahələri üzrə fəal işə başlayıblar. İşğaldan azad olunmuş torpaqların kifayət qədər böyük ərazini əhatə etməsi nəzərə alınaraq, burada iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə  işğaldan azad edilmiş ərazilərə 32 dəfə səfər edib. Ölkə rəhbərinin hər səfəri Böyük Qayıdışa doğru atılan addımdır. Cənab İlham Əliyevin bu ərazilərdə açılışında  və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək, görülən işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. İlk gündən infrastruktur layihələrinin icrası prioritet oldu. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə  telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. 
 
Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib. Bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin Zəngilanda birgə investisiya layihəsinə start vermələri də təqdirəlayiqdir. Məlum olduğu kimi, ötən il oktyabrın 26-da  Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “ağıllı kənd” layihəsi çərçivəsində Ağalı kəndində görülən işlərlə tanışlıqdan sonra “Dost Aqropark”ın təməlini qoymuşdular. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.  
 
Artıq Böyük Qayıdışla bağlı sorğuların tamamlandığı deyilir. Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub ki, respublikanın 63 şəhər və rayonu ərazisində yaşayan 617.5 min nəfərdən ibarət 159.9 min məcburi köçkün ailəsi arasında Böyük Qayıdışın reallaşması ilə əlaqədar sorğular həyata keçirilib. Ölkə Prezidenti Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə keçirilən Gənclər Forumunda bir məqamı xüsusi qeyd etdi.
 
 Vurğuladı ki, onun bölgələrə səfərləri çərçivəsində həmin bölgələrdən olan nümayəndələrlə görüşləri olduqca mühümdür. Dövlət başçısı bəyan etdi ki, onlara da planlar təqdim edilib və birlikdə müzakirə edilir: “Onlar öz şəhərlərini, kəndlərini necə görmək istəyirlər? Bu, mütləq nəzərə alınmalıdır. Eyni zamanda, müasir tələblər nəzərə alınmalıdır, memarlıq nəzərə alınmalıdır. Biz, əlbəttə ki, memarlıq baxımından gözəl şəhərlər yaratmalıyıq. Burada gənclərin yaradıcı missiyası çox qəbulolunandır. Əminəm ki, gənclər həm real layihələrin icrasında, eyni zamanda, yeni layihələrin təqdim edilməsində fəal olacaqlar. Əsas olan budur ki, soydaşlarımızın Böyük Qayıdışı təmin edilsin və tezliklə o sevinci yaşasınlar”. Dövlət başçısı qarşıya bu hədəfi qoyur ki,  hər şey əsaslı olmalıdır. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. 
Zəngilanlı jurnalist, “avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə bildirib ki, Böyük Qayıdış proqramı ilə bağlı dövlət tərəfindən ən yüksək səviyyədə tədbirlər görülür. Baş redaktor deyib ki, qayıdış prosesində bölgə əhalisinin fikrinin, mövqeyinin öyrənilməsi önəmli və təqdirəlayiqdir: 
 
“Bu, öz-özlüyündə Böyük Qayıdışın səmərəli olacağından xəbər verir. Əlbəttə, yurdu 30 ilə yaxın işğal altında qalmış vətəndaşlarımızın hamısı öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Bunun tez zamanda baş verməsini istəyirlər. Bəziləri nostalji hisslərlə tərk etdiyi torpağın, ev-eşiyin olduğu kimi ona verilməsini istəyir. İnsanların hisslərini başa düşürük və təbii qarşılayırıq. Mümkün qədər əhalinin əvvəllər yaşadıqları yerlərdə məskunlaşmanı təşkil etmək daha məqsədəuyğun olar.
 
 Bildiyimə görə, sakinlər üçün qəsəbə tipli kəndlər salınacaq. Bizim camaat qurub-yaradandır, üç-beş ilə kəndləri, qəsəbələri özləri istədikləri formada quracaqlar. Yüngül konstruksiyalı evlər tikilsə belə vətəndaşların təklifləri, istəkləri nəzərə alınmalıdır”. 
 
E.Muradlı vurğulayıb ki, ilk növbədə yolların salınmasına diqqət yetirmək lazımdır:
 
 “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi digər qurumların nəzarəti altında çox ciddi işlər görür. Hələ Qayıdış başlamayıb, amma ucqar kəndlərdə belə yol infrastrukturuna xüsusi diqqət göstərilir. 
 
Çünki bu, cənab Prezidentin tapşırığıdır. Böyük Qayıdış yoldan başlayacaq və yollar vasitəsi ilə həyata keçiriləcək. Yollar yüksək səviyyədə olduqdan sonra digər tikililər tədricən formalaşacaq. Ümumən görülən işlərə dövlət nəzarəti zəruridir. Təəssüflər olsun ki, ara-sıra neqativ məlumatlara rast gəlirik. Xəbər yayılır ki, Ağalı kəndində bəzi işçilər incidilir, əmək haqları vaxtında verilmir, kəsilir və s. Bunlara son qoymaq lazımdır”. 
 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh