Yük maşınlarına taxoqraf quraşdırılsa qəzaların qarşısı alına bilərmi? - Taxoqraf NƏDİR?

Yazarlar 14 Oktyabr 2021 15:18 Oxunub 5562
Yük maşınlarına taxoqraf quraşdırılsa qəzaların qarşısı alına bilərmi? - Taxoqraf NƏDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün baş verən dəhşətli qəzadan sonra avtobus və yük avtomobillərində taxoqraf quraşdırılması təkrar gündəmə gəldi. O cümlədən məsələ mediada dəfələrlə müzakirə olundu. Bəs elə isə taxoqraf nədir, nəyə xidmət edir?

Bir haşiyə: iş yerlərinin çoxunda kart sistemi tətbiq olunaraq müəssisəyə giriş-çıxış avtomatik yoxlanılır və bu sistem çox vaxt işçinin ziyanına işləyir. Müdriyyət kimisə işə gecikdiyi üçün cəzalandırmaq istəsə işi asandır. Amma bildiyimiz qədəri Avropada bu avadanlıqlara dövlət qurmları da nəzarət edərək iş vaxtına nəzarət edir və zəruri hallarda işəgötürən cəzalandırılır. Avropada belə sistem taxoqraflara tətbiq olunur. 

Bizim leksikonumuza nisbətən yeni daxil olan taxoqraf cihazı ilk dəfə 1909-cu ildə Lozan şəhərinin (İsveçrə) taksilərində tətbiq edilib. Məqsəd sürücünün iş vaxtını ğölçmək və haqsız rəqabətin qarşısını almaq idi.

O vaxtdan taxoqrafların quruluşu dəyişsə də, təyinat dəyişmir. 1972-ci ildən etibarən Avropada yükgüötürmə qabiliyyəti 3.5 ton və sərnişin sayı 8-dən çox olan bütün NV üçün taxoqraf məcburidir. 2020-ci ildən etibarən GPS əlaqəsi olan xronotaxoqraflar məcburidir. Həm də yükü 2.5 tondan yuxarı olan bütün avtomobillərə. 

Təbii ki, taxoqrafın tətbiqini Avropada da iş adamları və sürücüllər yaxşı qarşılamayıblar. Bu səbəbdən köhnə model cihazlara saysız müdaxilələr olurdu. Məqsəd tez çatmaq, çox yük aparmaq və hökuməti aldatmaq idi. 2020-ci ildən yeni nəsil  taxoqraflar GPS siqnalı ilə işləyir. Beləcə polis, vergi və əmək müfəttişliyi avtomobili istənilən an yoxlaya bilir. 2025-ci ildədk ittiofaqdakı yük avtomobilləri ağıllı taxoqrafa keçməlidir. Proses 2035-ə nəzərdə tutulsa da, sonradan geri çəkilib.

Bəs taxoqrafların yol təhlükəsizliyinə töhfəsi nədir? Əvvəla, qəzaların əksəriyyəti yüksək sürət və yorğunluqdan baş verir. Taxoqraf ilk növbədə bu fakta nəzarət etmək üçündür. Avropa qanunvericiliyinə görə birbaşa gedilən yol maksimum 4 saat 30 dəqiqəni keçməməlidir. Bunun içində 15 + 30 dəqiqəlik 2 istirahət də yer alır. Yeni taxoqraflar informasiyanı 1 il saxladğı üçün sürücünün iş rejiminə dövri nəzarət mümkündür. Ən ciddi tələb sürücünün həftəliik istirahət vaxtını kabinədə deyil, oteldə və ya evdə keçirməsidir.
Cərimələrə gəlincə, Belçika qanunvericiliyi üzərində dayanmaq yerinə düşər:
Yol vərəqəsinin olmaması – 1000 avro,
Yol vərəqəsinin düzgün doldurulmaması – 350-1000 avro,
Avtomobildən taxoqrafsız istifadə - 2640 avro
Taxoqraf məlumatlarını dövlət qurumuna təqdim etməkdən imtina  və ya cihaza müdaxilə - 5280 avro. Başqa sürücü kartından istifadə də eyni məbləğdə cəzalandırılır.
Gündəlik iş rejimin pozulması 55 avro, həftəlik iş vaxtınınki isə 110 avroluq cərimə predmettidir. Ən əsası, sürücü həftəlik istirahət vaxtını otel və ya evdə keçirməsə 1800 avro cərimə ilə cazlandırılır. Bundan savayı, normadan artıq işə görə cəza 2500 avroyadək arta bilər.

Fransada da cəzalar buna bənzər olub 5 kateqoriyaya bölünür. Cərimələr 135 avrodan başlayaraq 30 min avroyadək çıxa bilər. 15000 avrodan yuxarı xətalar cinayət predmeti olub 1 ilədək həbslə czalandırıla bilər. Bura taxoqrafın və ya sürücü kartının olamamsı, cihaza müdaxilə və s. daxildir.

Avropa qanunvericiliyinə görə taxoqrafla bağlı xətalara həm sürücü, həm də şirkət cavabdehdir. Bir faktı da deyək ki, taxoqraflara ən çox müdaxilə Rusiya və Polşada qeydə alınır.  
Qanunların mahiyyətinə və cihazın iş prinsipinə nəzər yetirdikdə bir faktın şahidi oluruq: sistem elə qurulub ki, həm sürücü, həm də avtomobilin sahibi qanuna əməl etməkdə maraqlıdır.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh