"Zəngilan şəhərciyi"nin sakinləri öz pulları ilə yolu təmir edirlər - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nə gedən yol bərbad vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, sakinlər illərdir ki, bu problemdən əziyyət çəkdiklərini deyirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb.
"Yol kələ-kötürdür, maşınlarımız dağılır. Uşaqları məktəbə aparanda, işə gedib-gələrkən çox əziyyət çəkirik", - narazı sakinlərdən biri deyib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Abşeron RİH və Masazır bələdiyyəsi tərəfindən qeyd olunan ərazidə mütəmadi olaraq cari təmir işləri aparılıb:
"Sözügedən küçənin əsaslı təmirə ehtiyacı var. Bununla bağlı aidiyyəti qurumlara müraciət olunub. Eyni zamanda Masazır bələdiyyəsinin tədbirlər planına daxil edilib. Yağışlı havalar bitdikdən sonra cari təmir işlərinə başlanılacaq".
Ətraflı süjetdə:
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











