100 manatlıq cərimə ləğv edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Nəzərdə tutulan dəyişiklik 4 ay əvvəl qüvvəyə minən yəni İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi ilə əlaqədardır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir.
Millət vəkili Elmira Axundova Milli Məclisin 4 ay əvvəl qəbul etdiyi qanunun ləğvini düzgün saymayaraq buna etiraz edib.
Spiker Oqtay Əsədov isə ötən illərdə çoxlu sayda qanun layihələrinin geri qaytarıldığını xatırladıb: “Elmira xanım, siz bu məsələyə niyə belə reaksiya verirsiniz?”.
Qeyd olunan məsələ Milli Məclisdə səs verməyə çıxarılaraq qəbul edilib və beləliklə övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza 100 manatlıq cəza ləğv edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












