350 manata traktor düzəltdi - 100 km-ə 2 litr benzin işlədir - VİDEO

Qobustan sakini Famil Şıxəliyev hazırladığı traktor ilə görənləri heyrətləndirib. Fərqli dizayna malik olan bu texnikanın bir çox özəllikləri var. Əsas özəlliyi isə yanacaq sərfiyyatıdır. Belə ki, traktor 100 km məsafəyə 2 litr benzin işlədir. Özünün də dediyi kimi, traktorun hazırlanmasına çox pul xərcləməyib, cəmi 350 manata başa gəlib. O, əvvəlcə hazırlayacağı texnikanın detallarını toplayıb, zəruri avadanlıqdarı əldə etdikdən sonra qolunu çırmayıb, işə başlayıb. Hələ o vaxt konstruktorun bu ideyanı gerçəkləşdirə biləcəyinə çoxları inanmırdı.
Saatda təxminən 60 kilometr qət edən traktorun hazırlanmasına cəmi 20 gün vaxt sərf edib. 2 nəfər üçün nəzərdə tutulan traktorun yük götürmə qabiliyyəti təxminən 500 kilodur. Əsasən “Vaz” markalı maşının hissələrinin yığılan texnikaya indi tələbat yüksəkdir. Elə qəhrəmanımız da deyir ki, onun məqsədi təsərrüfat işlərində fermerlərə yardımçı olmaqdır, ancaq hələlik bunu satmaq fikri yoxdur.
İndiki vəziyyətdə bu texnika ot, taxıl məhsullarının daşınması üçün nəzərdə tutulan traktoru təkmilləşdirməyi qarşısına məqsəd qoyun gənc ixtiraçı daha çox funksiyaları olan yeni bir texnika hazırlayacağını deyir. (Region TV)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












