60 manatlıq cəriməni 100 manata qaldırdılar

Yeni İnzibati Xətalar Məcəlləsində intizamsız avtobus sürücülərinə tətbiq olunan cərimələrdən biri əhəmiyyətli dərəcədə artırılır. Avtosfer.az-ın məlumatına görə, hazırda qüvvədə olan Məcəllə avtobusların (ümumi istifadədə olan nəqliyyat vasitələrinin) xüsusi işarələnmiş dayanacaq meydançalarından kənarda sərnişinləri mindirmək və ya düşürmək üçün dayandırılmasına görə 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. Yeni Məcəllədə isə cərimə ballarının sayı əvvəlki kimi saxlanılsa da, belə sürücüyə tətbiq ediləcək cərimənin məbləği 100 manata qaldırılır.
Məlumdur ki, avtobus sürücüləri sərnişinlirə mindirmək və düşürmək üçün dayanacaqdan kənarda dayandıqda küçələrdəki ümumi nəqliyyat axınına ciddi mane olurlar. Cərimənin sərtləşdirilməsi belə intizamsızlığın aradan qaldırlmasına yönəlib. Lakin onun nə dərəcədə səmərəli olacağı təcrübədə necə tətbiq ediləcəyindən asılıdır.
Yeni Məcəllənin bu ilin may ayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












