9 saatlıq yolu 3 saata qət edən sürətli təyyarə “BOOM” – FOTO

Məşhur sahibkar Richard Bransonun şirkəti olan“Virgin” müasir təyyarələrdən 2,6 dəfə daha sürətli olan “Baby Boom” ləqəbli “The XB-1 Supersonic Demonstrator” təyyarəsini sifariş edib.
Avtosfer.az xəbər verir ki, “Boom” adlı şirkətin hazırladığı “Baby Boom” ləqəbli “The XB-1 Supersonic Demonstrator” təyyarəsi 2,6 dəfə daha sürətli səyahət etmək imkanı verir. Qitələrarası uçuşlar zamanı istifadə edilməsi planlaşdırılan bu təyyarələr 2300 km/saat sürətə qədər yüksələ biləcək.
Richard Bransonun şirkəti “Virgin” bu təyyarədən tam olaraq 10 ədəd sifariş verib. Bu təyyarələrinin bir ədədinin 200 milyon dollar qiymətə sahib olduğu bildirilir. Misal üçün, normal halda 9 saat davam edən Nyu York-London uçuşunu sadəcə 3,5 saata gerçəkləşdirəcək olan bu təyyarələrin uçuşlarının 2017-ci ilin sonlarına doğru başlaması gözlənilir.
Bundan başqa bir səfərdə 45-55 sərnişin daşıyacaq bu təyyarələrdə səyahət etmənin maliyyəti isə 5 min dollar civarında olacaq.



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












