Ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi qaydası dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib. Avtosfer.az xəbər verir ki, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”na əsasən iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməlidir.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 303-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 iyul tarixli 1004 nömrəli fərmanına əsasən bu sahədə səlahiyyətli orqanlar dəyişib. Bununla əlaqədar qaydaya edilən dəyişikliyə görə, iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Daxili İşlər Nazirliyinin və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarət məntəqələrində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə birlikdə yoxlanılacaq.
Qaydaya əsasən, indiyə qədər yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilib və nəqliyyat vasitəsinin hərəkətinə yalnız bundan sonra icazə verilib. Dəyişikliyə əsasən, bundan sonra yük göndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı dövlət büdcəsinə ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi məhkəmə qaydasında tələb ediləcək.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












