Ağsu aşırımında avtomobillərin hərəkət tam bərpa edilib

Ağsu dolaylarında hərəkət tam bərpa olunub. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi yenidən sürücülərin istifadəsinə verilib.
Qeyd edək ki, ötən ay Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd edilən hissəsində təmiri işlərinə başlanılmışdı. Uzun müddət təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyü qabarmışdı və dağılmış hissələr yaranmışdı. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 80 min kv. metrdən çox ərazisi asfaltlanıb. Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi işləri də aparılırıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












