Ağsu aşırımında yolu belə bağladılar - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci ( Ağsu dolayları ) və 160-172-ci km-lik hissələrinin (Ağsu şəhərinin çıxışından Girdmançay körpüsünə qədər olan hissə) təmiri işləri aparılaraq yekunlaşdırılıb.
Qeyd edək ki, sözügedən hissələrdə intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranmışdı. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 143-158-ci ( Ağsu dolayları ) və 160-172-ci kilometrlik hissələrində 150 min m2 –dən çox ərazi asfaltlanıb.
Avtosfer.az-a verilən məlumata görə, bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi də həyata keçirilib. “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılmış təmir-bərpa işlərindən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsində (Ağsu dolayları) istinad divarlarının bərpası və suvanması işləri həyata keçirilib, həmçinin sərt döngələrdə və digər zəruri yerlərdə yol kənarlarına təhlükəsizlik məqsədi ilə xüsusi dəmir-beton maneələr düzülüb. Sözügedən ərazidə təhlükəsizlik məqsədi ilə atılmış daha bir addım kütləsi 3500 kq-dan, hündürlüyü də 2,75 m-dən çox olan yük maşınlarının hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. “Ağsu dolayları” ilə sözügedən məhdudiyyətin tətbiq edilməsi həm yük maşınları sürücülərinin özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Çünki Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsi enişli-yoxuşlu, sərt döngəli bir yoldur.
Bununla bağlı olaraq həm Şamaxı rayonu, həm də Ağsu rayonu istiqamətindən müvafiq yol nişanlarının və “Ağsu dolayları”na girişdə hündürlüyü məhdudlaşdıran xüsusi maneələrin quraşdırılması işləri aparılıb. Yük maşınlarının sürücülərindən alternativ olaraq Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarından, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməkləri tövsiyyə olunur.
Elmin
Bu işıqforlara velosiped bölmələri quraşdırıldı - VİDEO
Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir
Yeni sədr özünə müşavir təyin etdi - FOTO
Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO



















