Airbus özünün ən böyük təyyarəsinin sınaq uçuşlarına başladı - VİDEO

Airbus 350 seriyasından ən böyük təyyarə olan yeni A350-1000 layneri üç saat davam edən ilk uçuşunu həyata keçirib. Təyyarə Fransanın Tuluz aerodromundan səmaya qalxıb.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, yeni ikimotorlu təyyarə bu siqmentdə Boeing avialaynerləri ilə rəqabət məqsədilə yaradılıb. A350-1000 əvvəlki modeldən (A350-900) 7 metr uzundur və ondan 40 nəfər çox – 366 sərnişin tutur. Hərçənd Boeing 747-nin son modelləri göyərtəsinə 400 sərnişin görürsə də, onun avropalı rəqibi füzelyajın və qanadların daha yüngül materiallardan hazırlanması hesabına yanacağa qənaət baxımından üstün sayılır.
Airbus kompaniyası hələlik üç belə təyyarə hazırlayıb və onlar bu qış sınaq uçuşları keçirəcək. A350-1000 istismara 2017-ci ilin ikinci yarısında buraxılmalıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












