Astara-Astara dəmir yolu xətti martda istismara veriləcək

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti növbəti ilin mart ayında istismara veriləcək.
Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə İran Dəmir Yollarının prezidenti Mohsen Purseyid Ağayini məlumat verib.
"Ümid edirəm ki, Azərbaycan və İran dəmir yollarını birləşdirəcək layihə növbəti ilin martında reallaşdırılacaq. Dəmir yolu layihəsi zəruri malları İrandan Moskva və Qara dənizə çatdıracaq", - deyə o, bildirib.
M.P.Ağayini deyib ki, həm Azərbaycan, həm də İran tərəfi tikinti fazasının böyük hissəsini yerinə yetirib.
Qeyd edək ki, bu il aprelin 20-də Azərbaycanla İranın dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə başlanıb. Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boyu 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












