Astara sərhədində işlər sürətlə davam edir – FOTO

Azərbaycan Dəmir Yolları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması prosesində aktiv iştirak edir. 7 dekabr 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bütün qüvvələr səfərbər olunub. Ötən il aprelin 20-ə Azərbaycanla İranın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Avtosfer.az-a verdiyi məlumata görə, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Yolasalma mərasimində icra strukturlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Artıq İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.
Astara (İran) stansiyasının və yük terminalının tikiləcəyi ərazidə torpaq yatağının işlənməsi və əraziyə düşən kommunikasiya qurğularının köçürülməsi, suötürücülərin tikintisi prosesi gedir.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə qoşulub. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Emin
Bu yol ödənişli olacaq - Nazir qərar İMZALADI
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN














