Astaradan İran sərhədinə qədər yeni dəmir yolunun çəkilişi başa çatdı - FOTO

Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşu başa çatıb. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Avtosfer.az-a verilən məlumata görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşması istiqətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələr arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycanla İranın dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İranın dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb.
Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünə çatıb. Körpüdə 4 dayaq, istinad divarları tikilib, üstü betonlanıb. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.
Qeyd edək ki, relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttinin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib. Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyekt (yaşayış və qeyri-yaşayış sahəsi) köçürülüb.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" Saziş"ə qoşulub.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Milli Məclisdən son dəqiqə qərarı: Azərbaycanda QADAĞAN edilir!
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu tarixdə başlayacaq - RƏSMİ














