Aviareyslərdə endirimlər: rəqabət getdikcə artır - VIDEO

Aşağı qiymətə xidmət göstərən aviaşirkətlərin ölkəmizdə fəaliyyəti bazarda rəqabəti artırıb. "Azərbaycan Hava Yollari"nın "Azaljet" brendi altinda qiymətləri salması da seçimi genişləndirib. Biz də ən çox səfər edilən istiqamətlər üzrə qiymət fərqlərini öyrəndik. Hazırda lou-kost, yəni aşağı büdcəli xidmət göstərən üç şirkət: Türkiyənin “Pegasus”, Macarıstanın "WizzAir" və "Azərbaycan Hava Yolları"nın "Azaljet" brendi ölkəmizdən uçuşlar həyata keçirir. "Azaljet" İstanbul, Tbilisi, Tehran, Moskva və digər ən çox səfər edilən şəhərlər daxil olmaqla, 17 istiqamət üzrə standart qiymət əsasında xidmət göstərir: bir tərəfli-104 manat, gediş-dönüş-193 manat. Bura 8 kiloqram əl yükü daxildir. Ancaq hər 23 kiloqramlıq yükə görə 25 avro ödəmək lazımdır. Təyyarədə yemək isə 5-8 avroya başa gəlir.
Digər aşağı büdcəli şirkətlərdə də yemək və baqaja görə əlavə ödəniş edilir. Türkiyənin "Pegasus" şirkəti Qəbələdən 13 istiqamət üzrə uçurlar həyata keçirir. Qiymətlər 65 manatdan 170 manata qədər dəyişir. Baqaja görə əlavə ödəniş yükün çəkisindən asılıdır.
"WizzAir" şirkəti yalnız Bakıdan Budapeştə uçular həyata keçirir. Biletlərinin qiyməti 60 avro, yəni təxminən 100 manatdan başlayır. Ancaq sərnişinlər Budapeştdən "WizzAir"l həmin qiymətə, yəni təxminən 100 manata 40 istiqamətdə Avropanın digər şəhələrinə də uça bilərlər. Nəzərə alsaq ki, "Azaljet"in Avropaya reysi yoxdur, bu qitəyə AZAL-ın ənənəvi uçuları həyata keçirilir, ona görə də "WizzAir"lə uçuş daha sərfəlidir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












