Aviaşirkət Bakıda avtobus xidmətinə başlayıb

Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti Bakıda avtobus xidmətinə başlayıb. Şirkətdən artıq yeni açılan marşrutla Bakı-Qəbələ və Qəbələ-Bakı istiqamətində hərəkət etməyin mümkünlüyü bildirilib. Qeyd edilən istiqamət üçün Bakıda iki dayanacaq "28 May" və "20 Yanvar" metro stansiyaları müəyyən edilib. Xidmət günləri Bakı-Qəbələ tərəfə çərşənbə, cümə və bazar günləri, Qəbələ-Bakı- istiqamətində isə bazar ertəsi, cümə axşamı və şənbə günləri seçilib. "28 May" metro stansiyasından çıxış 21:30, "20 Yanvar" metro stansiyasından çıxış 22:00, habelə "Qəbələ" hava limanından Bakıya çıxış 04:30-da və "Qəbələ" hava limanına çatma vaxtı saat 02:30-da yerinə yetiriləcək.
Qeyd edək ki, bu istiqamətə qiymət agentliklərdən alınarkən 15 AZN (tək gediş), 19 AZN (gediş-gəliş), onlayn bilet alınarkən isə 19 AZN təşkil edir (tək gediş).
modern.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












