Avrasiya tunelinə hansı şəxsiyyətin adı veriləcək? - FOTO

İstanbulda tikilən Avrasiya tuneli 10 gündən sonra istifadəyə veriləcək. Tunelin adı isə bu gün sona çatacaq xalq səsverməsinin nəticələrinə görə müəyyən olunacaq.

Avtosfer.az xəbər verir ki, sorğudan sonra sosial mediada başlayan kampaniyalarda Atatürk, Əbdülhəmid Xan və Alparslan Türkeşin adları öndədir.

“Marmaray” layihəsinin qardaşı adlandırılan Avrasiya tunelinin 20 dekabrda keçiriləcək açılış mərasimindən əvvəl Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi “Kıtalar Birleşiyor Alttan, İsmi Geliyor Halktan” şüarı ilə sorğuya start verib.
Sorğudan sonra “Ekşisözlük”, “Facebook” və “Twitter”-dən hərəkətə keçən sosial media istifadəçiləri “#TüneleİsimÖnerim” başlığı ilə Avrasiya tunelinin adının “Atatürk” olması üçün kampaniyaya start veriblər.
Bəzi istifadəçilər tunelin adının Boğaza ilk bağlı keçid layihəsini çəkdirən Osmanlı padşahı Əbdülhəmid Xan olmasınnın vacibliyini iddia ediblər.
Digər tərəfdən, xüsusən idealistlər Avrasiya tunelinə Alparslan Türkeş adının verilməsi üçün kampaniyaya start veriblər. İdealistlər “Milli projeye milliyetçi isim” şüarı ilə başladıqları kampaniyanı ötən günlərdə “Twitter”də Türkiyə gündəminə gətirə biliblər.
//“a24.az”
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












