Avropalılar Azərbaycanda yolu genişlindirəcək - VİDEO

Avropa Yenidənqurma və İnkişaf bankının nümayəndələri “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovla görüşüblər. Avtosfer.az xəbər verir ki, görüşdə «Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi» layihəsi üzrə müzakirələr aparılıb. Hazırki danışıqlarda layihə üzrə kredit sazişinin ilkin şərtləri, layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi, sosial məsələlər və köçürmə üzrə tədbirlər planı ətrafında müzakirə aparılır. Danışıqlar müsbət nəticələnərsə layihə üzrə kredit sazişinin imzalanması baş tutacaq.
Qeyd edək ki, “Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluna 2 zolaq əlavə edilməklə I-b texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsi çərçivəsində 16 ədəd körpünün, 20 ədəd yol qovşağının və 10 ədəd yol ötürücüsünün tikintisi planlaşdırılır. Eni 27,5 metr olacaq yolun örtüyünün polimer asfalt-betondur olması nəzərdə tutulub. Hər bir zolağın eni 3,75 metr olmaqla ümumilikdə sayı 4, yol geyiminin qalınlığı isə təqribən 65 sm olacaq. Yol boyu hər iki istiqamət üzrə 3,75 metr enində çiyinlər və 5 metr enində ayrıcı zolağın olması planlaşdırılır. Layihə üzrə yol boyu 80 ədəd avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur. Bundan başqa layihə üzrə tikintinin aparıldığı ərazidə 140 ədəd kommunikasiya və 552 ədəd müxtəlif diametrli borularının quraşdırılması aparılacaq.
Elmin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
















