Avtobus sürücüləri hər gün müayinə olunacaqlar

“İctimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçməlidirlər. Çünki emosional, gərgin vəziyyətdə sükan arxasında əyləşən sürücü artıq potensial qəza törədicisidir”. Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında komissiya yaradılıb. “Nəqliyyat Departamentinin nümayəndələri və yol polisləri baş vermis yol qəzalarının qarşısını almaq istiqamətində iş aparırlar. Sürücülərin sağlmlığı nəzarətdə olmalıdır. İctimai nəqliyyat sürücülərinin hər gün tibbi müayinədən keçirilmələri ilə bağlı təkliflər verilib və yaxın gələcəkdə bu təkliflərə baxılacaq. Əvvəllər də ictimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçirdilər”, - deyə R.Nağıyev əlavə edib. Təcili yardım maşınlarının sürücüləri hər gün tibbi müayinədən keçirilirlər. R.Nağıyev söyləyib ki, buna görə də təcili yardım maşınlarının iştirakı ilə qəzalar çox nadir hallarda qeydə alınır: “Baş verən az sayda qəzaların da bizim sürücülər deyil, digər avtomobil sürücüləri tərəfindən törədildiyi bəlli olur. Tibbi müayinələrin aparılmasının effektliyi öz nəticəsini göstərir”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












