Avtobus sürücüləri üçün yeni tələblər

Milli Məclisin 30 sentyabr tarixli iclasında “Yol Hərəkəti haqqında” qanuna dəyişikliklər nəzərdə tutan layihə müzakirə ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüsal Hüseynov bildirib ki, bu qanunla sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücüləri üçün yaş və təcrübə ilə bağlı daha sərt yeni tələblər müəyyən ediləcək ki, bu da ictimaiyyətin maraqlarına uyğundur. Belə ki, “D” kateqoriyasında olan nəqliyyat vasitələrini idarə etmək üçün yaş həddi 21-dən 23-ə, “DE” kateqoriyasında isə yaş tələbi 24-dən 26-ya qaldırılır. Həmçinin, bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etmək üçün maksimum yaş həddi 65 müəyyənləşdirilir. Eyni zamanda, "D” kateqoriyası üzrə ümumilikdə azı 5 il sürücülük təcrübəsi, “DE” kateqoriyası üzrə isə təkcə “D” kateqoriyasında azı 3 il sürücülük təcrübəsi tələbi müəyyən edilir.
Qeyd etmək lazımdır ki, "D” kateqoriyasına sərnişin daşınması üçün nəzərdə tutulan və sürücü oturacağından əlavə oturacaq yerlərinin sayı 8-dən artıq olan avtomobillər, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobillər daxildir. "DE" kateqoriyasına isə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan avtomobillər daxildir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












