Avtobuslar üçün ayrıca zolaqlar açılır

Paytaxtda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar açılır. Bu zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bakı Nəqliyyat Agentliyi tərəfindən Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və həmin yolda tıxacın qarşısının alınması məqsədilə avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzərədir. Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib.
Məlumat üçün qeyd edək ki, Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobuslar idi.
Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edirdi.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












