Avtobusların hərəkətində yenilik

Bakı Nəqliyyat Agentliyinin və "Azəravtayol" ASC-nin birgə layihəsinə əsasən Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar sözügedən küçə ilə kəsişmədə yaradılacaq hərəkətin əks istiqamətində olan xüsusi dayanacağa daxil ola biləcəklər. Avtosfer.az xəbər verir ki, sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq. Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə biləcəklər.
Məlumat üçün qeyd edək ki, birbaşa geridönmə tətbiq edilməmişdən öncə ictimai nəqliyyat vasitələrinin İbrahimpaşa Dadaşov küçəsinə daxil olma imkanları məhdud idi. Bu layihə ictimai nəqliyyat vasitələrinin xidmətindən yararlanacaq sərnişinlər üçün qət edəcəkləri məsafəni əsaslı dərəcədə qısaltmağa imkan verəcək.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












