Avtobusların sayı artırılacaq - Yeni dayanacaqlar qurulacaq - VİDEO

Avtobusların sayı azdır və gec gec gəlirlər. Nəticədə sərnişin sıxlığı yaranır ki, belə görüntülər də qaçılmaz olur. Paytaxt nəqliyyatındakı problemlərin köklü həlli üçün tədbirlər planı hazırlayan Bakı Nəqliyyat Agentliyininin ilk addımı məhz avtobusların sayının artırılması olacaq.
Xırda tutumlu mikraavtobusların da xətdən çıxarılıb normal ölçülü avtobuslarla əvəzlənməsi gözlənilir. Artıq taksilərin avtobus dayanacağında saxlaması problemi də həll olunacaq. Belə ki, problemin yaşandığı ərazilərdə taksilər üçün xüsusi dayanacaqlar qurulacaq. Çoxlu sayda marşrutun daxil olduğu və qarışıqlığın yarandığı dayanacaqlar isə yenilənəcək və nəqliyyat mübadiləsi mərkəzlərinə çevriləcək.
Yeni dayanacaqlar şəbəkəsi sərnişin və avtobusların ən sıx olduğu ərazilərdə: Beynəlxalq Avtovağzal Kompleksi, "Qara Qarayev", "28 May", "Elmlər Akademiyası" metrostansiyaları ətrafı və "20 Yanvar" dairəsində qurulacaq.
Digər bir problem isə sürücülərin davranışları ilə bağlıdır ki, bu məsəlşəyə ilə də bağlı ciddi addımlar atılacaq. Yəni ictimai nəqliyyatda xüsusi təlimdən keçmiş sürücülər işləyəcək. Bütün bu tədbirlərin isə ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












