Avtomobil nəqliyyatı ilə bağlı qaydalar dəyişdi

Baş nazir Artur Rasizadə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. Belə ki, yeni qaydalara əsasən, artıq uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə icazə veriləcək. Uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməməsi barədə qadağa isə yenə də qüvvədədir.
Qeyd edək ki, indiyə qədər uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












