“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilib

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib. Avtosfer.az “report”a istinadən xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qaydaya əsasən, indiyədək ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyətdə olması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət texniki baxışın keçirilməsi, lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilirdi.
İndi isə, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyətdə olması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət texniki baxışın keçirilməsi, lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində müvafiq olaraq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Azərbaycan Respublikasının digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq ediləcək.
Bundan əlavə, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilir. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və bunun əsasında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq ediləcək.
Müntəzəm marşrutlarda işləyən sərnişin avtonəqliyyat vasitələrinin həmin marşrutlar üzrə hərəkət cədvəlləri Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyi tərəfindən mütəmadi monitorinq edilir və digər nəqliyyat növləri, həmçinin təkrarlanan marşrutlar üzrə hərəkət cədvəlləri ilə əlaqələndirilərək tənzimlənəcək.
Qaydanın “Hər bir avtobus dayanacaq məntəqəsi üçün Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən müəyyən olunmuş formada pasport təsdiq edilir və dayanacağın yeri yerli şəhər (rayon) icra hakimiyyəti və BDYPİ-nin müvafiq ərazi bölmələri ilə razılaşdırılır” bəndi ləğv edilib. Bu, taksilərə də aiddir.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










