Avtomobil yolunun yenidən qurulması planlaşdırılır

Yaxın vaxtlarda Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulmasına başlanılması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədov "Xalq" qəzetinə müsahibəsində bildirib. S.Məmmədov deyib ki, bu layihə tam reallaşdırıldıqdan sonra, şərqdən qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olmaqla Bakı-Ələt -Qazax-Gürcüstan sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımalarının inkişafında daha mühüm yer tutacaq.
Xatırladaq ki, ötən il dekabrın 30-da Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib. Magistralın Kürdəmir-Ucar-Yevlax hissəsinin birinci texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsində isə son tamamlanma işləri aparılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












