Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində yeni təklif

Azərbaycanda yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsi üçün səsləndirilən yeni təklif müsbət effekt verə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə "Audatex Azerbaijan" şirkətinin rəhbərinin trend-ə verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində ölkədə vahid sistem tətbiq edilməlidir. Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsindən sonra avtomobilə dəyən ziyanın qiymətləndirilməsində sığorta bazarında vahid sistemin tətbiqi sığortaçılarla sığorta olunanlar arasında münaqişəli situasiyaları azaldacaq. Z.Kərimzadə əlavə edib ki, bütün inkişaf etmiş ölkələrdə sığorta şirkətləri, qiymətləndirənlər, servis xidmətləri, hətta məhkəmə ekspertləri vahid qiymətləndirmə metodologiyasından istifadə edirlər: "Məsələn, Azərbaycanın yaxın qonşusu Rusiya hələ 2014-cü ildə bu metodologiyanın tətbiqinə başlayıb və bu sistem çox uğurla işləyir".
Onun sözlərinə görə, bu sistemin tətbiqi həm də ilk növbədə avtomobilin ehtiyat hissələrinə eyni qiymətin tətbiqi deməkdir. Metodologiyanın digər müsbət məqamlarının da olduğunu vurğulayan Z.Kərimzadə qeyd edib ki, şirkət artıq həmin metodologiya üzərində işi yekunlaşdırıb və baxılması üçün Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












