Avtomobillər və qapı zəngləri birləşdi - VİDEO

Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı səyahətdə olan zaman poçtalyon və kuryerlərlə əlaqə saxlamağa imkan verəcək avtomobil və ev arasında yeni rabitə sistemi təqdim edib. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, internet mağazaları və "Əşyalar interneti" texnologiyalarının populyarlığının artması getdikcə daha çox şirkəti müştərilərinə bu sahədə "ağıllı" həllər təqdim etməyə məcbur edir. "Volkswagen" şirkətinin yeni texnologiyası simsiz rabitə vasitəsilə avtomobil və evlərin qapı zənglərini birləşdirən sistemdir hətta sükan arxasında olanda kuryer və poçtalyonların gətirdiyi bağlamaları qəbul etməyə imkan verəcək. Belə ki, smartfonun köməyi ilə giriş qapısını izləmək mümkün olacaq. Sistem "ağıllı" qapı zənglərinin istehsalı ilə məşğul olan "DoorBird" şirkəti ilə əməkdaşlıqda ərsəyə gətirilib.
Alman şirkətinin yeni avtomobilləri "DoorBird" şirkətinin qapı zəngləri ilə əlaqə qura biləcək. Qapının zəngi basılan zaman avtomobilin informasiya-əyləncə sistemi bu barədə ev sahibinə məlumat verməklə veb-kamera və mikrofon vasitəsilə evə kimin yaxınlaşmasına baxmağa və qonaqla rabitə əlaqəsi qurmağa şərait yaradacaq. Beləliklə, istifadəçi kuryer və poçtalyona sifarişin hara qoyulması ilə bağlı dəqiq göstərişlər də verə biləcək.
Gələcəkdə funksionallığının artırılması planlaşdırılan sistem qapıları qonaqlar üçün uzaq məsafədən açacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












