Avtomobillərin parklanma müddətinə məhdudiyyət qoyuldu - YENİLİK

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı yeni qayda tətbiq ediləcək Avtosfer.az xəbər verir ki, bu müddət 24 saatdan artıq ola bilməz. Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanununa dəyişiklik edilməsi təklif edilib.Dəyişiklik layihəsinə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir. Layihə çıxarılaraq qəbul edilib.
Elməddin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












