Avtomobillərin texniki baxışı ilə bağlı YENİLİK - VİDEO
Yeniliklər 16 Aprel 2021 11:51 Oxunub 680
Avtomobillərin texniki baxışı ilə bağlı YENİLİK  - VİDEO

Sürücülərin texniki baxışla bağlı suallarını cavablandırmaq üçün qaynar xətt fəaliyyətə başlayıb. Vətəndaşlar qeyd edilən nömrəyə zəng edərək, nəqliyyat vasitəsinin texniki baxışının bitmə tarixini öyrənə bilərlər. Qaynar xətt vasitəsilə diaqnostika mərkəzlərindəki vəziyyət və orada növbənin olub-olmaması barədə də məlumat almaq mümkündür. 

Avtomobillərin texniki baxışı ilə bağlı qaynar xətt fəaliyyətə başlayıb.

012 511 08 40 nömrəli qaynar xətt Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində sürücülərə xidmət göstərir. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, qaynar xətt hər gün saat 9-dan 18-dək işləyir. Qaynar xəttə zəng edən vətəndaşlar texniki baxışla bağlı bütün suallara cavab ala bilərlər.

Bu xidmət nəqliyyat vasitələrinin texniki baxışdan keçirildiyi vaxtı unudan və bu səbəbdən cərimələnən sürücülərin işinə daha çox yarayacaq...

Paytaxtın Sabunçu rayonunda və Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən diaqnostika mərkəzləri qeyri-iş və bayram günləri də daxil olmaqla, hər gün saat 9-dan 18-dək fəaliyyət göstərir. Qaynar xəttə zəng edən vətəndaşlar diaqnostika mərkəzlərindəki vəziyyət və orada növbənin olub-olmamasını da öyrənə bilərlər. Digər suallar və şikayətlərlə bağlı isə 902 qaynar xətt xidmətinə zəng etmək mümkündür.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh