"Avtovağzal" metro stansiyası nə zaman istifadəyə veriləcək?

"Avtovağzal" metro stansiyası ilin birinci yarısında istifadəyə veriləcək.
Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, artıq stansiyada tamamlanma işləri aparılır: ""Avtovağzal" metro stansiyası ilin birinci yarısına qədər vətəndaşların ixtiyarında olacaq. Stansiyada tamamlanma işləri aparılır. Piramidanı xatırladan stansiyanın giriş hissəsi tamamilə hazırdır".
Qeyd edək ki, uzunluğu 2 km 200 metr olan stansiya 6 giriş-çıxışdan ibarətdir. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir. Qatarların hərəkəti üçün relslərin quraşdırılması işləri isə başa çatıb.
Yeni stansiya 25 il istismar müddəti olan eskalatorlarla təmin ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












