Azadlıq prospekti açıldı - FOTO-VİDEO

Bakıda daha bir küçədə təmir işləri yekunlaşıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a daxil olan məlumata görə, Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Cəfər Xəndan küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri yekunlaşıb. Ərazidə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
“Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib. Təmir olunmuş hissənin uzunluğu təqribən 500 metrdir və Ziya Bünyadov prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişmələri arasında yerləşir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 11 min m2 ərazi asfaltlanıb. Bundan başqa təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və 1 min p/m köhnə səki daşları yeniləri ilə əvəzlənib.
Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqlar yaradılıb. “Cib”li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb. Hazırda prospektin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki,ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















