Azadlıq prospektində nəqliyyatın hərəkəti dəyişir –VİDEO

Bakı Nəqliyyat Agentliyinin və "Azəravtayol" ASC-nin birgə layihəsinə əsasən Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar sözügedən küçə ilə kəsişmədə yaradılacaq hərəkətin əks istiqamətində olan xüsusi dayanacağa daxil ola biləcəklər. Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Bakı Nəqliyyat Agentliyi ilə birlikdə Azadlıq prospektində cəmiyyət tərəfindən təmir işləri aparılan ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilir. Ediləcək dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa, Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunacaq. Bunun əvəzinə sürücülər kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maeəsiz saga doğru hərəkətlərini davam etdirə biləcəklər. Cəfər Xəndan küçəsinə rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.
Tətbiq olunacaq daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığı aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru (Azadlıq metrostansiyası) hərəkətinə qadağa qoyularaq yan yola yönəldiləcək.
Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olacaqlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə biləcəklər. Kəsişməyə bunun üçün əlavə işıqforlar quraşdırılacaq.
Sərnişin avtobuslarının prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə (6-cı mkr. istiqaməti) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla tənzimlənəcək. Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılacaq xüsusi dayanacağa daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər.
Əlavə məlumat üçün qeyd edək ki, birbaşa geridönmə tətbiq edilməmişdən öncə ictimai nəqliyyat vasitələrinin İbrahimpaşa Dadaşov küçəsinə daxil olma imkanları məhdud idi. Bu layihə ictimai nəqliyyat vasitələrinin xidmətindən yararlanacaq sərnişinlər üçün qət edəcəkləri məsafəni əsaslı dərəcədə qısaltmağa imkan verəcək.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












