Azadlıq prospektində su xətləri dəyişdirilir - FOTO

“Azərsu” ASC Bakı şəhərinin Azadlıq prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən magistral su xətlərinin dəyişdirilməsinə başlayıb. Avtosfer.az ASC-yə istinadən xəbər verir ki, prospektin Binəqədi rayonu ərazisindən keçən hissəsində metal borulardan ibarət magistral su xətləri uzun müddət istismarda olub. Yeni layihə çərçivəsində həmin xətlər müxtəlif diametrli polietilen borularla əvəzlənəcək. Ümumilikdə layihə çərçivəsində 4,5 km uzunluğunda su xətlərinin dəyişdirilməsi nəzərdə tutulub. İşlərin vaxtında və keyfiyyətli icrası məqsədilə ikinövbəli iş rejimi tətbiq olunub, əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib. Bugünədək yenilənməsi nəzərdə tutulan su xətlərinin 1,8 km-lik hissəsində işlər artıq başa çatıb. Təmir-tikinti işləri yaxın günlərdə yekunlaşdırılacaq.
Qeyd edək ki, əsaslı yenidənqurma işləri Azadlıq prospekti ilə yanaşı Cəfər Xəndan küçəsində də aparılır.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














