AZAL "Tour A Vent" şirkəti ilə əməkdaşlıq haqqında razılığa əldə edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada rəsmi turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edib. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq. Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırıblar. Reyslər “Embraer” və ya “Airbus” hava gəmiləri ilə yerinə yetiriləcək. "Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", - deyə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib. "Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. AZAL Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", - deyə “Tour A Vent” şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba bildirib.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












