"AZAL" yeni brend yaradır - Qiymətlər ucuzlaşacaq - VİDEO

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aşağı büdcəli istiqamətlər üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılmasına dair planlarını elan edib. AZAL-ın mətbuat xidmətindən verilən məlumatda deyilir ki, “AZALJET” brendi altında uçuşlar 2016-cı il martın 28-dən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək. “AZALJET” brendi altında yerinə yetiriləcək reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən və 2016-cı il 1 fevral tarixindən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində uğurla tətbiq olunmağa başlayıb. Bununla əlaqədar olaraq, aviaşirkət bu sxem üzrə aviabiletlər təklif edəcək ayrıca brendin yaradılması haqqında qərar qəbul edib.
“Azərbaycan Hava Yolları” özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.
"Bununla da, Azərbaycanın milli aviadaşıyıcısı bizim bazara maraq göstərən həm klassik, həm də aşağı büdcəli aviaşirkətlər ilə aviasiya bazarında səmərəli rəqabət etmək imkanı əldə edəcək. Məsələn, Azərbaycanın regionlarına “Türk Hava Yolları”nın aşağı büdcəli brendi olan “Anadolu Jet” artıq uçuşlar yerinə yetirir və martın sonunda Macarıstanın aşağı büdcəli aviaşirkəti “WizzAir” tərəfindən Bakıdan Budapeştə uçuşlar bərpa ediləcək. Artıq digər aşağı büdcəli aviaşirkətlər, o cümlədən Türkiyənin “Pegasus” və “Atlasjet” şirkətləri də Azərbaycana uçuşlara maraq göstərir", - deyə şirkətdən bildirilib. "Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur ki, bu da, klassik aviaşirkətlərlə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizlik və xidmətin yüksək səviyyəsinə zəmanət veririk", - deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












