“Azəravtoyol” ASC-yə 4 ədəd xüsusi təyinatlı maşın verilib - FOTO

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4 ədəd Çin istehsalı olan xüsusi təyinatlı maşın verilib. Maşınlar Azərbaycan və Çin Xalq Respublikası Hökümətləri arasında 2015-ci ildə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ölkəmizə gətirilən Çin istehsalı 50 ədəd kommunal təyinatlı xüsusi maşınlardan verilib.
Qeyd edək ki, xüsusi təyinatlı maşınlar Azərbaycan-Çin arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın gələcək inkişafı məqsədi ilə Azərbaycan Respublikası Hökümətinə 4,5 milyon ABŞ dolları məbləğində ayrılan növbəti qrant yardımı hesabına göndərilib. Bununla bağlı keçirilən tədbirdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, həmçinin Nazirlər kabinetinin nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, 2 ölkə arasında iqtisadi və mədəni əlaqələrin zəngin tarixi var və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Çin arasında bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sferalarda əlaqələr daha da inkişaf edərək, dərinləşib. 2012 və 2014-cü illərdə imzalanmış sazişlər çərçivəsində Çindən ölkəmizə 300-dən artıq xüsusi təyinatlı maşın və texnikalar gətirilib. Bu dəfə gətirilən 50 ədəd məişət tullantıları daşıyan (orta tutumlu), çirkab suları sovuran (assenizator), su daşıyan, yolları süpürən maşınlardan 4 ədədi (1 əd.çirkab suları sovuran, 1 əd.su daşıyan və 2 əd.yolları süpürən maşın) “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib. Digər maşınlar isə respublika üzrə müvafiq dövlət qurumlarına paylanılacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















