"Azəravtoyol" daha bir avtomobil yolunun təmirinə başlayıb – FOTO

"Azəravtoyol" ASC uzunluğu 8 km, eni 4-5 metr olan torpaq və çınqıl örtüklü Qazax-Kosalar avtomobil yolunun təmirinə başlayıb. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, Qazax-Kosalar yolu 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol boyu yeni yol yatağı və yol əsası tikilir. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 0,5 metr bərkidici zolaq və1,5 metr çiyinlər olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Bundan başqa, suların ötürülməsini təmin etmək üçün yol boyu 12 yerdə 300 və 500 mm diametrli suötürücü boruların tikintisi aparılıb. Yolun 3-cü kilometrliyində su kanalı üzərində yerləşən körpünün də təmir edilməsi nəzərdə tutulub. Körpünün uzunluğu 10 metr, eni isə 6 metrdir.
Bu işlər yekunlaşdıqdan sonra yolun asfaltlanmasına başlanılacaq. Ümumilikdə, yolun 48 min kv. m sahəsinə ikiqat asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Qeyd olunur ki, Qazax-Kosalar avtomobil yolunun yenidən qurulması ilə iki yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin birbaşa olaraq Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna və rayon mərkəzinə rahat gediş-gəlişi təmin olunur.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















