"Azəravtoyol" sıxlığı belə aradan qaldırır - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Moskva prospektinin yan yoluna, daha dəqiqi “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsi sökülməsi və yolun genişləndirilməsi işləri yekunlaşıb. Sözügedən hissədə yol 1 hərəkət zolağı enində genişləndirilib. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə biraşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir etmiş olub.
Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Kompleks tədbirlər çərçivəsində yolun “Xırdalan dairəsi” istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi işləri aparılır. Artıq dayaqların sökülməsi, yeni dayaqların tikintisi və mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması işləri başa çatıb. Hazırda yeni giriş hissənin tikintisi aparılır. İşlər tam başa çatdıqdan sonra həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə 1 hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq.
Yolun “Xırdalan dairəsi”nə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılır. Sözügedən işlər 1200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.
Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metr enində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də tam olaraq yekunlaşdırılıb. Nəticədə bu hissədə yol daha 3 hərəkət zolağı enində genişləndirilib.
Xatırladaq ki, bundan öncə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən aparılmış yenidənqurma işləri çərçivəsində yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan “tıxac”ın xeyli azalmasına gətirib çıxarıb.
Elmin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















