Azərbaycan istehsalı olan velosipedlərin qiyməti açıqlandı

Yaxın günlərdə Azərbaycanda velosiped istehsalına başlanacaq. Tikintisinə 2014-cü ildə başlanan İsmayıllı Velosiped Zavodu avqust ayından etibarən fəaliyyətə start verir. Avtosfer.az xəbər verir ki, zavoddan fins.az-a verilən məlumata görə, yerli məhsul olacaq “Isma Bikes” Bolqarıstanla birgə istehsal ediləcək. Ərazisi 8 hektardan ibarət olan zavodun tikintisi və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırılıb. İlkin mərhələdə zavodda uşaq velosipedindən tutmuş, ən yüksək səviyyəli idman velosipedlərinə qədər 5 çeşiddə velosiped istehsal olacaq. Gələcəkdə velosipedlərin çeşidləri artacaq. Zavodda ildə 30 min velosiped buraxılacaq. Verilən məlumata görə, burada velosipedlərlə yanaşı, əlil arabaları və digər xəstəxana avadanlıqlarının da burada istehsalı planlaşdırılır. Zavodun ərazisində idman yarışlarının keçirilməsi üçün yarış treki də tikilib.
Zavodda 50 nəfər işçi çalışır
Hazırda zavodda İsmayıllı rayonundan 50 nəfərə yaxın işçi çalışır. İşçilərə istehsal texnikalarının gətirildiyi Bolqarıstan, Çin, Türkiyə və Hollandiyadan ekspertlər təlim keçir. Zavodun işçilərinin bəziləri Bolqarıstandakı zavodda təcrübə keçəcək. 2017-ci ildən zavoda cəlb ediləcək işçilərinin sayı 100 nəfərə çatacaq.
Velosiped detallarının 50%-i yerli istehsal olacaq
İsmayıllı Velosiped Zavodundan bildirilib ki, detalların 50%-i yerli istehsal olacaq. Belə ki, “İsma Bikes” üçün zəncirlər və təkərlər İsmayıllıda buraxılacaq. Qalan hissəsi isə Bolqarıstandan gətiriləcək.
“İsma Bikes”lər 200-400 manata satılacaq
Yerli velosipedlərin ilkin qiymətləri də artıq məlumdur. “İsma Bikes”lər Azərbaycanda 200-400 manata satılacaq. Yeli velosipedləri zavodun Bakıda və bölgələrdəki satış mərkəzlərindən almaq olacaq. Satış mərkəzləri ilə yanaşı, velosipedlər üçün servislər də fəaliyyət göstərəcək. “İsma Bikes”lərin xarici bazara da çıxarılması planlaşdırılır. Amma hələlik bununla bağlı təfərrüatlar məlum deyil.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












