Azərbaycan "Mi-17" ehtiyat hissələri alacaq

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) "Mi-17-1V" tipli helikopterlər üçün ehtiyat hissələrinin alınması ilə bağlı tender elan edib. Avtosfer.az xəbər verir ki, iştirakçılar heç bir halda geri qaytarılmayan 1 500 manatlıq iştirak haqqı ödəməlidir.
Həmçinin, zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olacaq tender təklifi dəyərinin 2%-i həcmində bank təminatının da təqdim edilməsi tələb olunur.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri sentyabrın 19-u saat 17:00-dək, tender təklifi, bank zəmanəti və iş qrafikini isə sentyabrın 28-i saat 16:00-dək Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasına təqdim etməlidirlər.
Tender təkliflərində sərfəli qiymət və yüksək keyfiyyətlə qiymətləndirilən meyarlara üstünlük veriləcəyi bəyan edilib.
İddiaçıların təklifləri sentyabrın 29-u saat 15:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında açılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












