Azərbaycan Olimpiya Oyunlarında rekordunu yeniləyib

Azərbaycan müstəqillik qazandıqdan sonra təmsil olunduğu Yay Olimpiya Oyunlarında mütləq rekord müəyyənləşdirib. Avtofer.az "Report"a istinadən məlumatına görə, ölkəmiz 1992-ci ildə keçirilən Barselona Olimpiadasından bu yana ən çox idman növündə Olimpiya medalçısı olub.
Bu, 49 kq çəkidə çıxış edən taekvondoçu Patimat Abakarovanın qazandığı bürünc medal sayəsində reallaşıb. Nəticədə Azərbaycan "Rio-2016"da 5 növdə - taekvondo ilə yanaşı, cüdoda Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), güləşdə - yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq) və qadınlarda Mariya Stadniklə (48 kq), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) medal qazanıb.
Əslində, boksda Azərbaycanın medalının əyarı hələ dəqiqləşməsə də, Kamran Şahsuvarlı ilə Lorenzo Sotomayorun ən azı "bürünc"ü özlərinə təmin etdikləri artıq bəllidir. Sadəcə, onların çıxışları başa çatmamış medal ölkənin aktivinə yazılmır.
Azərbaycan təmsilçiləri "Barselona-1992"də 2 (cüdo və idman gimnastikası), "Atlanta-1996" 1 (sərbəst güləş), "Sidney-2000" (sərbəst güləş, atıcılıq, boks) və "Afina-2004"də 3 (atıcılıq, yunan-Roma güləşi, boks), "Pekin-2008" (cüdo, yunan-Roma güləşi, sərbəst güləş, boks), "London-2012 (ağır atletika, yunan-Roma güləşi, boks) 4 növdə mükafatçı olublar.
22 yaşlı Abakarova eyni zamanda Azərbaycana tarixində ilk dəfə taekvondoda Olimpiya medalı qazandırıb. Əvvəlki 3 olimpiadada bunu əldə etmək mümkün olmadığından, Patimat tarixi nailiyyətə imza atıb. Azərbaycan isə olimpiadada artıq 8 növdə medala yiyələnib. "Rio-2016"da ilkə imza atan kayak olub. Göründüyü kimi, Braziliyada birdən-birə 2 yeni idman növündə fərqlənə bildik və hər ikisində də bürünc mükafatçı olduq.
Xatırladaq ki, Abakarova "Bakı-2015" I Avropa Oyunlarının gümüş mükafatçısı olub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












