Azərbaycan şirkəti Bosniyada yol və tunel inşasında iştirak etmək istəyir

Azərbaycanın “AzVirt” və Çinin “China Power” şirkətlərinin birgə yaratdığı konsorsium Bosniya və Herseqovinanın infrastruktur layihələrinin icrası məqsədi ilə keçirdiyi beynəlxalq tenderdə iştirak etmək niyyətindədir. Bunu “Report”a açıqlamasında Azərbaycanın Bosniya və Herseqovinadakı müvəqqəti işlər vəkili İsmayıl Cəfərov deyib. Onun sözlərinə görə, adıçəkilən şirkətlər digər Balkan ölkələrində də birgə layihələr həyata keçirir: “AzVirt” şirkəti “China Power”lə Balkanlarda olan layihələrdə birgə iştirak etmək barədə müqavilə imzalayıb və hazırda onlar Serbiyada Belqrad dairəvi yolunun çəkilişini həyata keçirir. İndi Bosniyada “Corridor 5C” deyilən magistral yolunun tikilişi müzakirə edilir və onun ayrı-ayrı hissələri tenderə çıxarılacaq. Azərbaycan şirkəti də Çin şirkəti ilə birgə ora dəvət olunub. Bu layihələrin maliyyələşdirilməsi Çin bankları və bəzi Avropa maliyyə institutları tərəfindən həyata keçiriləcək. Razılığa əsasən, əgər “China Power” tenderə qatılarsa, o zaman “AzVirt" subpotratçı kimi işin bir hissəsini görəcək və yaxud əksinə”.
Diplomat deyib ki, konsorsiumda birləşən şirkətlər “Corridor 5C” üzərində olan 4 əsas layihədə iştirakda maraqlıdır: “Corridor 5C” Monteneqro tərəfdən Xorvatiya tərəfə uzanacaq magistral yoldur. Ona yüksək sürətli Lasva-Travnik magistralı, "Prenj" tuneli, Mostar-Şimal və Mostar-Cənub adlanan iki motosiklet yolunun inşası layihəsi daxildir”.
Bosniya və Herseqovina Nəqliyyat Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, konsorsiumun iştirak etmək istədiyi layihənin dəyəri 1 mlrd. avro (1,1 mlrd. ABŞ dolları) civarındadır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












