Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalanıb
Yeniliklər 18 Yanvar 2021 23:34 Oxunub 926
Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və İran dəmir yolları idarə rəhbərləri Cavid Qurbanov və Səid Rəsuli arasında əməkdaşlığın artırılmasına dair saziş imzalanıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə  Azərbaycan və İran arasında dəmir yolları əlaqələrinin inkişafına dair müzakirə aparılıb. 

Sonra iki ölkə arasında dəmir yolları arasında əməkdaşlıq sazişi  imzalanıb. 

Daha sonra  Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri İran dəmir yollarının inkişaf mərkəzi ilə tanış olub. 

İki ölkə dəmiryolçuları arasında təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əlaqələrin inkişafının zəruriliyini vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh