Azərbaycan və Rusiya arasında ilk çarter reysi açılır

Aprelin 29-dan Azərbaycan və Rusiya arasında Ulyanovsk-Bakı çarter aviareysi açılır.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Rusiyanın Ulyanovsk vilayətinin Turizm Sənaye Assosiasiyasının prezidenti Yuliya Uba deyib.
Onun sözlərinə görə, reys mövsümidir, lakin gələcəkdə tələbat olarsa, bu marşrut üzrə uçuşlar daimi əsasda həyata keçiriləcək: “İl ərzində AZAL ilə bu cür imkanı müzakirə etdik, çünki Azərbaycanda çox yaxşı dağ-xizək kurortları da var”.
Xanım Y.Uba qeyd edib ki, Ulyanovsk-Bakı aviareysi Azərbaycan və Rusiya arasında ilk çarter reysidir: “Reyslərə biletlər turpaketlə birlikdə və ayrıca satılacaq. Biletləri turpaketdən ayrı almaq imkanı, ilk növbədə, Azərbaycanda qohumları olan Ulyanovsk və Rusiyanın yaxın şəhərlərinin sakinləri üçün təqdim edilib”.
O, diqqətə çatdırıb ki, Azərbaycan Turizm Assosiasiyası və Rusiyanın Ulyanovsk vilayətinin Turizm Sənaye Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb:
“Memorandum çərçivəsində azərbaycanlı həmkarlarımızın hazırladığı turpaketlər Rusiyanın turizm bazarında satılacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












